MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

76-cı Beynəlxalq Cannes 2023 kinofestivalı

76-cı Beynəlxalq Cannes kinofestivalı bu il 16-27 may tarixlərində baş tutacaq. 

 

Belə bir festival yaratmaq fikri 1939-cu ildə əmələ gəlir. Həmin il kino sahəsində ən mötəbər tədbir Venesiya Film Festivalı sayılır və o bu sahədə monopoliyaya sahib idi.  Festivalın tam ərsəyə gəlməsi üçün dünya müharibəsinin sonunu gözləmək gərəkdi. Beləliklə Cannes Festivalının ilk buraxılışı 1946-cı ildə baş tutdu. Festivalda il boyu çəkilən ən rəqabətə dözümlü filmlər yer alır. Filmlərin bəziləri Qızıl palma budağı mükafatı üzrə mübarizə apardıqları zaman digərləri müsabiqədən kənar nümayiş etdirilir. Münsiflər heyətinə kino və ədəbiyyat sahəsinin görkəmli simaları başçılıq edir. 

 

Hər il Festival yaxınlaşdıqca kinosevərləri maraqlandıran sual afişada kimin simasının yer alacağı olur. Bu il Festival bu şərəfə fransalı aktrisa Katrin Dönövü ( Catherine Deneuve ) uyğun görür. Bu ilki afişa üçün Alain Cavalier -nin Françoise Sagan -nın müəllifi olduğu La chamade romanının əsasında çəkdiyi eyniadlı filmində fotoqrafçı Jack Garofalo-nun Pampelone çimərliyi sahilində Catherine Deneuve -ün çəkdiyi bir fotoşəkil yer alır. 

 

Festivalın tarixi və maraqlı faktları haqda ətraflı məlumat irəlidəki linkdən tapa bilərsiniz. 

https://www.lalibre.be/actualite/concept/festival-de-cannes/ 

affiche cannes 2023 bakou

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow