MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Xanım Nigar Köçərliyə İncəsənət və Ədəbiyyat Cəngavəri nişanının təqdim edilməsi

May ayının 4-də Fransa Səfiri xanım Anne Boillon xanım Nigar Koçərliyə İncəsənət və Ədəbiyyat Cəngavəri nişanını təqdim etdi. Fransa Mədəniyyət Nazirliyi tərəfindən təltif edilən bu medal ilə incəsənət və ya ədəbiyyat sahədə yaradıcılığı ilə Fransada və dünyada incəsənət və ədəbiyyatın çiçəklənməsinə verdiyi töhfə ilə fərqlənən şəxsiyyətlər mükafatlandırılır.

Azərbaycanın aparıcı kitab mağazaları şəbəkələrindən biri olan “Əli və Nino”nun yaradıcısı, direktoru və sahibi Xanım Köçərli Azərbaycanda ədəbiyyatın təbliğində əsas rol oynayır. Onun şirkəti eyni zamanda Viktor Hüqo, Jorj Sand, Aleksandr Düma və s. kimi klassiklərin Azərbaycan dilinə tərcümə edilmiş əsərlərinin və həmçinin Amin Maalouf, Leyla Slimani, Jan Kristof Rüfən, Erik-Emmanuel Şmitt, Mark Levi və s. kimi məşhur müasir müəlliflərin də əsərlərinin əsas distribütorudur. O, həmçinin 19-cu əsrin klassik yazıçılarının (Balzak, Hüqo, Prust və s.), 20-ci əsrin (Kamü, İonesko, Sartr və s.) və həmçinin daha çox müasir müəlliflərin (Musso, Slimani və s.) əsərlərinin fransız dilində yayımını təşkil edir.

 

nigar kocharli bakou

nigar kocharli 2

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow