MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakı Evrika liseyinin 5-ci sinif şagirdlərinin İFA-da bir günü

Azərbaycanda Fransız İnstitutu bazar ertəsi 13 mart tarixində Bakı Evrika Liseyinin bir qrup frankofon şagirdini öz məkanında müəllimləri Elnurə Məmmədovanın (həmçinin İFA-nın müəllimi) müşayiətilə qəbul etdi. Onların günlərinə rəng qatan Fransadan gələn təcrübəçimiz Lu Maşprən onlarla fransızca söhbət etdi və maraqlı oyunlar oynadı. 

İFA-nın kitabxanası siniflərə və ümumiyyətlə ictimaiyyətə açıq bir məkandır. Hər bir fransız dili müəllimi, istəyi olarsa, bizimlə əlaqə yaradaraq öz şagirdləri ilə birgə məkanımızda bir müddət vaxt keçirə, təqdim edilən vəsaitlərdən istifadə edə bilər. 

Əlaqə üçün : mediatheque@ifa.az 

+994 12 596 35 81 

+994 12 596 35 80

evrikak

evrikqkq

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow