DALF C1 imtahanına intensiv hazırlıq təlimi 2023-cü ilin aprel ayı
Azərbaycanda Fransız İnstitutu 2023-cü ilin aprel ayında DALF C1 imtahanına intensiv hazırlıq təlimi təşkil edəcək.
15 dərs saatından ibarət bu təlim aşağıdakı məqsədlərə uyğun olaraq qurulub :
- İmtahanla ümumi tanışlıq ;
- 4 hissədən ibarət imtahana metodoloji baxımdan yanaşma ( yazılı və şifahi anlama və yazılı və şifahi ifadə );
- DALF C1 imtahanının sınaq versiyasında iştirak ;
- İmtahan nəticələrinin şərhli izahatı ;
- İmtahana fərdi şəkildə hazırlığı yüngülləşdirmək üçün müxtəlif mənbələrlə tanışlıq.
Dərs saatları : 2 mövcud seçim (qeydiyyat zamanı istəkləri nəzərə almaqla)
1. Axşam dərsləri
2. Gündüz dərsləri
Hər iki halda, hər biri 2 saatdan ümumilikdə 5 dərs + 5 saat davam edəcək sınaq imtahanı ( cəmi 15 saat )
Sınaq imtahanının tarixi : çərşənbə günü 12 aprel 2023
Qiymət : 150 azn
Qeydiyyat şərtləri :
- Yerlər məhduddur (10 nəfər) ;
- Bütün şərtlərə cavab verən namizədlər nəzərə alınacaq ;
- Sözügedən təlimdə iştirak hər hansı bir diplomla nəticələnməyəcək, əsas imtahandan uğurla keçməyə zamin yaradacaq ;
- Qeydiyyatdan keçdiyiniz təqdirdə təlimin sonunadək iştirakı öhdəliyinizə götürürsünüz ;
- Son qeydiyyat tarixi : çərşənbə günü 29 mart 2023.