MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Pərvanə Xanızadənin işgüzar Paris səfərinin təəssüratları

Azərbaycan Dillər Universitetinin və Azərbaycanda Fransız İnstitutunun müəllimi Pərvanə Xanızadə. 

Pərvanə Xanızadə  İFA-nın fransız dili müəllimlərinin təkmilləşməsi siyasətinə uyğun olaraq Fransanın Paris şəhərində 21.11.2022 tarixindən 16.12.2022 tarixinədək Fransız dili və mədəniyyəti üzrə təlimdə iştirak etmişdir. Parisdən dönüşdə azərbaycanlı müəlliməmizlə görüşdük və onun təəssüratlarını aldıq. 

 

Pərvanə xanım, Parisdə bir ay qaldınız, elədirmi ?

Tamamilə doğrudur. Deyərdim Parisdə unudulmaz bir ay. Bir fransız xanımın evində qalırdım. Tez bir zamanda bu xanımla dostlaşdıq və o qədər isti münasibət gördüm ki, özümü evimdəki kimi hiss etdim. Mənim sayəmdə xanım ilk dəfə olaraq Azərbaycanı kəşf etdi. Eyni hissləri oxuduğum məktəblə bağlı da deyə bilərəm : orada da yaxşı qarşılandım və bu günə qədər olan tələbələr arasında ilk azərbaycanlıydım. Ölkəni və Fransız İnstitutunu layiqincə təmsil etməkdən məmnunluq hissi duydum eyni zamanda da xoş təəssüratlar bağışladım. 

 

Sözügedən təlim necə keçdi ?

4 həftəlik intensif dərslərimiz oldu. Hər həftənin 5 günü səhər və günorta dərsləri, eyni zamanda keçirilən mövzulara uyğun olaraq gəzintilər və muzey ziyarətləri təşkil olunurdu. Bundan öncəki təlimlərlə müqayisə aparsaq, Parisdəki dərslər daha maraqlı və zəngin idi. Belə ki, dərslərdə müzakirə olunan mövzular mənim üçün yenilik idi. Məni daha çox heyrətləndirən müəllimin həftələr üzrə rəngarəng mövzular təqdim etməsi idi. Bununla yanaşı, təlimçi müəllim həftə sonu keçirilən mövzu ilə bağlı qiymətləndirmə testi aparırdı. Dərslərim üçün yararlı olacaq yeni metodik bilgi və səriştələr əldə etmiş oldum. Təlim üçün məhz Parisin seçilməsi keçirilməsi işin səmərəli olmasına təkan verdi. Mədəni tədbirlər üzrə zəngin olan bu şəhər keçdiyimiz mövzularla bilavasitə həmahənglik təşkil edirdi. Dünyanın 4 bir nöqtəsindən gələn qrup yoldaşlarımla maraqlı fikir mübadilələrimiz oldu. Belə bir gözəl şansı mənə verdikləri üçün İFA-ya dərin təşəkkürlərimi bildirirəm. 

İstərdim əldə etdiyim bilgi və səriştələr gələcəkdə İFA-nın inkişafına töhfə vermiş olsun. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow