MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ tələbələri ActInSpace kosmik texnologiyalar hakatonunda EUSPA-nın xüsusi mükafatını qazanıb

ActInSpace 2022 Azərbaycan hakatonunun qalibi və #AIS Beynəlxalq müsabiqəsinin finalçısı UFAZ-ın Nexus komandası Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatını qazanıb. Mükafat komandaya fevralın 14-də Fransanın Kann şəhərində ActInSpace Beynəlxalq Finalı zamanı təqdim olunacaq. EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən və ya enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.

 

Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkamə və Araz Şəfiyevin üzərində işlədiyi layihə iqlim dəyişikliyinə təsirin azaldılması üçün təyyarələrin buraxdığı qazların 50% azaldılması istiqamətindədir.

 

Tələbələrimizi təbrik edir və onlara fevral ayının 13-ü və 14-də Fransanın Kann şəhərində keçiriləcək Beynəlxalq finalda uğurlar arzulayırıq.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow