MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

MyFrenchFilmFestival 2023. 13 yanvar – 13 fevral 2023 tarixlərində. Azərbaycandan filmlərə tam ödənişsiz baxmaq olar. Onlayn.

13 yanvar -13 fevral 2023 tarixləri üçün nəzərdə tutulmuş MyFrenchFilmFestival 13-cü buraxılışını qeyd edir. Sözügedən onlayn film festivalında iştirak edərək 29 filmi izləmək şansına sahib olun və bəyəndiyiniz əsərlərə səs verin. 

 

MyFrenchFilmFestival bir çox ölkələrdə yayıma verilməyən və mühim beynəlxalq festivallarda təqdim edilmiş seçmə fransız və fransızdilli ölkələrin istehsalı olan filmləri bir araya gətirib ilk onlayn frankofon festivalında kinosevərlərə təqdim edir. Fransız və əlavə 12 dildə altyazıları ilə mövcud bu filmlərə dünyanın hər bir nöqtəsindən qoşularaq baxıla bilər.

 

İnternet istifadəçilərinə 29 müxtəlif janrlarda filmlər təklif ediləcək : komediya, melodrama, sənədli film, cizgi film, klassik filmlər... Festivalda fransızdilli kinematoqrafiyanın müxtəlifliyini nümayiş etdirmək üçün bərabər nisbət prinsipi tətbiq olunub ( 29 filmdən 16sı qadınlar tərəfindən çəkilib ). 

 

Filmləri izləmək və filmlərə səs vermək üçün myfrenchfilmfestival.com keçid edin və sayta qoşulun. 

 

 

MyFFF azerbaidjan

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow