MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Biləsuvar rayon Məhkəməsinin sədrinin ENM-də (Milli Magistrat Məktəbi) təlim kursunda iştirakı

Biləsuvar rayon Məhkəməsinin sədri Rəfayıl Əliyev 12-16 dekabr 2022-ci il tarixlərində ENM tərəfindən təşkil edilmiş “Məhkəmə idarəçiliyi” adlı təlim kursundan yararlanıb. Onun bu iştirakı Fransa Səfirliyinin dəstəyi sayəsində mümkün olub.

 

Avropa, Afrika və Asiya ölkələrindən olan məhkəmə sədrləri və hakimləri bu təlimdə iştirak edib və Fransanın prokuror və müxtəlif instansiya məhkəmələrinin sədrlərinin, habelə Məhkəmə-Hüquq Şurasının üzvlərinin çıxışlarını izləmək imkanı əldə ediblər.

 

ENM tərəfindən tərtib edilmiş və xarici magistratlara açıq olan təlim fəaliyyətləri, müzakirə olunan məhkəmə mövzusundan əlavə, magistratlar arasında ümumi məhkəmə mədəniyyətinin yaradılması üçün zəruri olaran peşəkar təcrübə mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır. Xarici məhkəmə sistemi ilə tanışlıq və iştirakçılar arasında mübadilələr onların öz məhkəmə sistemi haqqında düşüncələrini zənginləşdirməyə imkan verir.  

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow