MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Payız ədəbi mükafatlarının xülasəsi

Payız mövsümünün başa çatması, hər il olduğu kimi, dövrümüzün böyük müəlliflərini fərqləndirən son ədəbi mükafatların təqdim edilməsi ilə səciyyələnir.

 

Sizi 2022-ci il buraxılışının ən nüfuzlu mükafatlarını nəzərdən keçirməyə dəvət edirik:

 

2022-ci il Fransa Akademiyasının Böyük roman Mükafatı Qalimard nəşrləri tərəfindən çap olunan "Le Mage du Kremlin" (Kreml sehrbazı) əsərinə görə Quiliano da Empoliyə təqdim edildi. “Çeçenistandakı müharibədən tutmuş Ukrayna böhranına qədər, Soçidəki Olimpiya Oyunları vasitəsilə “Kreml sehrbazı” müasir Rusiyanın böyük romanıdır. Bu roman Putin dövrünün alt tərəfini üzə çıxararaq, hakimiyyət üzərində möhtəşəm bir düşüncə tərzi təqdim edir. »

 

Qonkur mükafatı, Flammarion nəşrləri tərəfindən çap olunan "Vivre vite" (Sürətli yaşamaq) romanına görə Brijit Giro mükafata layiq görülüb. "Əsl geri sayım rolunu oynayan gərgin hekayədə Brijit Jiro 22 iyun 1999-cu ildə ərinin həyatı bahasına başa gələn motosiklet qəzasına nə səbəb olduğunu anlamağa çalışır. İyirmi ildən sonra o, bu məqamlara qayıdır və cavabsız qalan sualları son dəfə araşdırır. Şans, tale, təsadüflər? O, qaçılmaz olanın baş verəcəyi qədər bir sıra gözlənilməz iğtişaşlarla əhatə olunmuş o günlərə qayıdır. »

 

Renodo mükafatı Qrasse nəşrləri tərəfindən çap olunan "Performans" kitabına görə Simon Liberatiyə təqdim edilib. “İnsult qurbanı, 71 yaşlı yazıçı şikəstdir, iflic olub və bir sətir də olsa yaza bilmir. Görkəmli prodüserlər tərəfindən Rolling Stones-da mini-serialın sifarişi gözlənilməz möcüzədir. Bioqrafik filmləri, kino dünyasını və pop illərinin sarsılmaz klişelərini sevməyən, o, bu sifarişi tərəddüdsüz qəbul edir. O, 1967-ci ildə Keyt Riçards və Mik Caqqerin narkotikdən istifadə etdiyinə görə həbsi ilə 1969-cu ildə Brayan Consun heyrətamiz ölümü arasında olan və Stounların ilk dövrünə dair bir layihəyə başlayan bir ssenarist şagirddir.

 

“Pri Femina” mükafatına yazıçı və vizual rəssam Klodi Hunzinger Qallimar nəşrləri tərəfindən çap olunan “Un chien à ma table” (Masamda bir it) romanına görə layiq görülüb . “Bu, Yes adlı gənc bir itin baş qəhrəman olduğu bir romandır. Bir axşam, qırıq zənciri ilə xoşagəlməz bir hekayəni nəql edən, qoca bir cütlüyün, roman yazan Sofi və onun yoldaşı Qriqin qapısında görünür və bu andan etibarən Yes-in taleyi hekayədə tək olaraq nəql edilir. »

 

Dekabr Mükafatını Lola Lafon Stok nəşrləri tərəfindən çap olunan "When you listen to this song" adlı kitabına görə qazandı. “18 avqust 2021-ci ildə Anne Frank Muzeyində, əlavə tikilidə gecələdim. Hamının o qədər də, yaxşı tanıdığı Ann Frank haqqında o, çox şey bilmir. Bütün məktəblilərin oxuduğu və heç kimin xatırlamadığı məşhur qəzetə hansı adı vermək olar?”

Bu bir şahidlikdirmi, vəsiyyətdirmi yoxsa əsərdirmi?

 

Bunlar Yeddi yüz altmış gün ərzində araşdırmaq üçün qırx kvadrat metrdən az bir ərazini ölçmək və pilləkənlə qalxıb-enmək məcburiyyətində qalan gənc qızındır. Gecələri fikirə dalma və susmağa bənzər kimi təsəvvür edirdim. Mən gecəni Ann Frankın yoxluğunu qarşılamaq üçün əlverişli təsəvvür edirdim. Amma yanıldım. Gecə yaşanırdı və bu yaşam düşüncələrlə işıqlanırdı; Əlavə tikilinin mərkəzində, hələ də tapılmalı olan fövqəladə bir vəziyyət gizlənir. »

 

Medisis mükafatına, P.O.L. nəşrləri tərəfindən çap olunan Emmanuel Bayamack-Tam-ın La Treizième heure (On Üçüncü Saat) əsəri layiq görüldü. “Yeniyetmə Fərəh həmişə “On Üçüncü Saat Kilsəsi”ni tanıyırdı və bunun səbəbi o, idi ki, atası Lenni onun təəsisçisi idi. O,   xüsusi bir millenarist Kilsə icmasında yaşayır: feminist, cinsi azlıq, animalist. Orada Nerval və ya Rəmbo-nun əsərləri oxunur. Lenni bu kilsəyə aid olan dindarları poetik ayinlər və psixi parazitlərdən təmizlənmə emalatxanaları ətrafında toplayır. On Üçüncü Saat həm də, kasıbların, əzilənlərin, alçaldılmışların üzə çıxması və zəfər vaxtıdır. İcma üzvləri planeti əhatə edən təhlükələr: epidemiyalar, müharibələr, qlobal istiləşmə və s. qarşısında narahat olaraq bu ana ümid edirlər.

 

Lisey şagirdlərinin Qonkur mükafatı, Stock nəşrlərinin çap etdiyi Sabil Qusub tərəfindən səhnədə Beyrut-a təqdim edildi. Müəllif valideyinlərini doğulduğu vətəni olan ölkə Livan haqqında sorğu-sual etmək qərarına gəldikdə, o, həqiqətən nə axtardığını bilmir. Valideynlərinin həyatınımı axtarır? İllər əvvəl həyat yoldaşının gözlərinə aşiq olan şair-jurnalist atasınımı? Yoxsa ölkəsinin illərlə vətəndaş müharibəsi ilə viran qalmış həyatınımı?

1975-ci ildə valideynləri iki il Parisdə yaşamağa qərar verərkən, Livan sonsuz bir münaqişəyə qərq olur. Bütün qohumlarımız müharibəni, partlayışları və bomba yüklü maşınlarla yaşadıqları halda, bu naməlum Parislilərin arasında necə yaşamaq olar? Sərt, poetik və duyğularla dolu bir yumorla yazılan Beyrut-sur-Seine əsəri ailə, immiqrasiya və mənşəyimizdən bizə qalanlar haqqında bir düşüncənin məsuludur. »  

 

Hər birinizə gözəl bir oxu arzu edirik.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow