MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşı INSP-də (Milli Dövlət Xidməti İnstitutu) təcrübə keçib.

Noyabrın 21-dən 25-dək, Fransa Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nigar Nuriyeva INSP-də “Avropa və beynəlxalq səviyyələrdə böhranların idarə edilməsi” adlı təlim sessiyasında iştirak edib.

Bu il artıq, Fransa Səfirliyinin təqaüdündən yararlanmış dörd azərbaycanlı təcrübəçi Fransanın iki nüfuzlu təlim müəssisələrindən olan INSP və ENM-də (Milli Magistratlar Məktəbi) təcrübə keçiblər. Bu proqramlar çərçivəsində daha iki azərbaycanlı təcrübəçidən biri noyabrın 28-dən dekabrın 2-dək, digəri isə, dekabrın 12-dən 16-dək Fransada ENM-də təlim keçəcəklər.

Hər il INSP, hər biri idarəetmə ilə bağlı biliklərin dərinləşməsinə və bacarıqların inkişafına, milli və Avropa ictimai fəaliyyətinin transformasiyasına imkan verən qısa beynəlxalq proqramların yenilənmiş variantını təklif edir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow